Keylor Navas ikinci qapıçı olmaq istəmədiyi üçün…

Keylor Navas ikinci qapıçı olmaq istəmədiyi üçün…


İspaniyanın "Real Madrid” klubunun qapıçısı Keylor Navas komandadan ayrılmaq istəyir.
İkinci qapıçı olmaqdan məmnun olmayan kosta-rikalı qolkiper bu haqda klub rəhbərliyinə müraciətində bildirib.
Navasla Fransanın "Paris Sen-Jermen” klubunun maraqlandığı iddia olunur.
Qeyd edək ki, "Real”ın baş məşqçisi Zinəddin Zidan 2019-2020-ci il mövsümündə də komandanın əsas qapıçısının Tibo Kurtua olacağını açıqlamışdı.