Çempionlar Liqası: pley-offda son cəhdlər

Çempionlar Liqası: pley-offda son cəhdlər


Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək. Ilk matç günündə 3 görüş keçiriləcək. "Krasnodar” "Olimpiakos”u, "Srvena Zvezda” "Yanq Boyz”u, "Rusenborq” Zaqreb "Dinamo"sunu qəbul edəcək. Bütün görüşlər Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

27 avqust

"Krasnodar” (Rusiya) - "Olimpiakos” (Yunanıstan)
İlk oyun - 0:4
"Srvena Zvezda” (Serbiya) - "Yanq Boyz” (İsveçrə)
İlk oyun - 2:2
"Rusenborq” (Norveç) - "Dinamo” (Zaqreb, Xorvatiya)
İlk oyun - 0:2

28 avqust

"Brügge” (Belçika) - LASK (Avstriya)
İlk oyun - 1:0
"Ayaks” (Hollandiya) - APOEL (Kipr)
İlk oyun - 0:0
"Slaviya” (Çexiya) - ÇFR (Rumıniya)
İlk oyun - 1:0