Neymar yenidən «Barselona»da

Neymar yenidən «Barselona»da


Bu gün İspaniyanın "Barselona” klubu avqustun 29-da Neymarı ictimaiyyətə təqdim edəcək.
Kataloniya təmsilçisi 27 yaşlı braziliyalı hücumçunu geri qaytarmaqla bağlı Fransanın "Paris San-Jermen” (PSJ) klubu ilə yekun razılıq əldə edib. PSJ bu komandanın heyətində oynamaq istəməyən Neymarı vermək qərarına gəlib.
Daha əvvəl "L Equipe” nəşri bildirmişdi ki, klubla futbolçunun münasibətləri düzəlməyə başlayıb. Neymar 2017-ci ilin yayında rekord məbləğ olan 222 milyon avro müqabilində "Barselona”dan PSJ-yə keçib. Hücumçunun Fransa komandası ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Braziliyalı futbolçu parislilərin komandasında müxtəlif turnirlərdə 58 görüş keçirib, 51 qol vurub və 29 məhsuldar ötürmə verib. Neymar PSJ-nin heyətində iki dəfə Fransa çempionu, Fransa Kuboku, Liqa Kuboku və Fransa Superkubokunun qalibi olub.