“Linfild” Bakı bulvarında

“Linfild” Bakı bulvarında


"Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Linfild” Bakıdadır. İrlandlar paytaxtımıza 20 oyunçu, 9 məşqçi və 2 rəhbər şəxslə gəlib.
Oyunçular bu gün şəhər gəzintisinə çıxıblar. Klubun rəsmi saytında Bakının oteldən görünən mavi dəniz mənzərəsini və mavi səması haqda deyilir: "Hal-hazırda Bakıda hava istidir. Bura gözəl, kosmopolit, səs-küylü, həyat dolu və əlbəttə, Avropa Liqasının final oyununa ev sahibliyi etmiş bir şəhərdir”.
Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” -"Linfild” görüşü saat 20:00-da başlayacaq.