5 ildən sonra yeniyetmələr Buenos-Ayresə toplaşacaqlar

5 ildən sonra yeniyetmələr Buenos-Ayresə toplaşacaqlar

2018-ci ildə yeniyetmələrin yay Olimpiya Oyunları Buenos-Ayresdə keçiriləcək. Argentina paytaxtı bu hüququ Şotlandiyanın Qlazqo, Kolumbiyanın Medelin, Meksikanın Qvadalaxara və Hollandiyanın Rotterdam şəhərləri ilə mübarizədə qazanıb.
İlk belə yarış 2010-cu ildə Sinqapurda təşkil edilib. 2014-cü ildəki oyunlara isə Çinin Nankin şəhəri ev sahibliyi edəcək.