Tokioda keçirilən dünya çempionatında Azərbaycan cüdoçusu Elmar Qasımov bürünc medal uğrunda yarışacaq. Çempionatda 100 kiloqram çəki dərəcəsində çıxış edən E.Qasımov belaruslu Daniel Muket, Rusiya təmsilçisi Arman Adamyan, braziliyalı Rafael Buzakarini və hollandiyalı Mixael Korreli məğlub edərək yarımfinala yüksəlib. Finala gedən yolda portuqaliyalı Xorxe Fonsekaya məğlub olun cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq. Cüdoçumuzun rəqibi yaponiyalı Aaron Volf olacaq.
Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kiloqram çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb. Doxsan kiloqram çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev isə 7-ci yerlə kifayətlənib.