Oktyabrın 19-20-də Rusiyanın Kemerovo vilayətində sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.
Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Belarus, Bolqarıstan, Macarıstan, Özbəkistan, ABŞ, Yaponiya və digər ölkələrdən idmançılar da iştirak edəcəklər.
Yarışda 26 ölkədən 200-dən artıq güləşçi birincilik uğrunda mübarizə aparacaq.