Trnava- Bratislava-Bakı

Trnava- Bratislava-Bakı


Xorvatiya yığmasının AVRO-2020-nin seçmə mərhələsində sentyabrın 6-da Slovakiya, 3 gün sonra isə Azərbaycan millisi ilə oyunlar üçün səfər proqramı açıqlanıb. Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv sentyabrın 5-də Slovakiyanın Trnava şəhərinə gedəcək və həmin gün oyunun keçiriləcəyi Anton Malatinski adına stadionda məşq edəcək. Ertəsi gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Xorvatlar sentyabrın 7-də səhər saatlarında Bratislavadan Bakıya uçacaqlar. Komanda bir gün sonra oyunun keçiriləcəyi "Bakcell Arena”da məşqə çıxacaq. Bazar ertəsi reallaşacaq görüş isə saat 20:00-da başlayacaq. Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 6-da Uels kollektivinin qonağı olacaq.