A Seriyasında daha bir xorvatiyalı

A Seriyasında daha bir xorvatiyalı


"Roma" "Atletiko"nun futbolçusu Nikola Kaliniçi icarəyə götürüb. Xorvatiyalı hücumçu bu mövsümün sonuna kimi A Seriyası təmsilçisində oynayacaq. Bunun üçün İtaliya klubu 2 milyon avro icarə haqqı ödəyib. Qeyd edək ki, "Roma" 2019/2020 mövsümünün sonu əlavə 9 milyon avro ödəyərək oyunçunu birdəfəlik ala biləcək.