Komandamız bu rəqiblərlə qarşılaşacaq

Komandamız bu rəqiblərlə qarşılaşacaq

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa Super finalında mübarizə aparacaq.
Millimiz Estoniya, Rumıniya və Çexiya komandaları ilə birgə eyni qrupda yarışacaq.
Bu mərhələnin oyunları sentyabrın 5-dən 8-dək Portuqaliyanın Figueira şəhərində keçiriləcək.
Yığmamız sentyabrın 5-də Estoniya, bir gün sonra Rumıniya, ayın 7-də isə Çexiya ilə qarşılaşacaq.