Bədən tərbiyəsi müəllimləri üçün məşqçi kursu keçirilir

Bədən tərbiyəsi müəllimləri üçün məşqçi kursu keçirilir

AFFA-nın təşkilatçılığı ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin (hər məktəbdən bir müəllim) futbol biliyinin artırılması məqsədilə D kateqoriyalı məşqçi kursu keçirilir.
Məşqçi kursu Naxçıvan Muxtar Respublikası Gənclər və İdman və Təhsil nazirliklərinin dəstəyi ilə təşkil olunur.
Sentyabrın 6-da başa çatacaq kursda 29 müəllim iştirak edir.