Türkiyəli qapıçı məşqçiliyə başladı

Türkiyəli qapıçı məşqçiliyə başladı

Bir neçə gün əvvəl futbolçu karyerasını başa vuran "Fənərbağça”nın qapıçısı Volkan Dəmirəl məşqçiliyə başlayıb. 37 yaşlı veteran qolkiper 17 il çıxış etdiyi "Fənərbağça”nın məşqçilər korpusunda yer alıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Türkiyə millisinin sabiq üzvü İstanbul təmsilçisinin ötən gün keçiriən məşqində baş məşqçi Ersun Yanal tərəfindən komanda üzvlərinə təqdim
olunub. Volkanın baş məşqçinin köməkçilərindən biri kimi fəaliyyət göstərəcəyi diqqətə çatdırılıb.