Milllimiz “A” divizionundakı yerini qoruyub

Milllimiz “A” divizionundakı yerini qoruyub


Sentyabrın 8-də çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Super final mərhələsində sonuncu oyununu keçirib.
Komandamız"A”divizionunda qalmaq uğrunda keçirilən görüşdə Qazaxıstan yığması ilə qarşılaşıb. Elşad Manafov və Ramil Əliyevin vurduğu qollarla 2:1 hesablı qələbə qazanan millimiz"A”divizionundakı yerini qoruyub.
Xatırladaq ki, millimiz ilk oyunda Estoniya komandasına 3:4 hesabı ilə məğlub olub. İkinci görüşdə Azərbaycan komandası Rumıniya yığmasına 2:1 hesabı ilə qalib gəlib. Futbolçularımız növbəti görüşündə Çexiyadan üstün olublar – 6:1.