Zlatan Malmödə heykələ dönəcək

Zlatan Malmödə heykələ dönəcək

"Los Anceles Qelaksi"nin futbolçusu Zlatan İbrahimoviçə ölkəsi İsveçdə heykəl qoyulacaq.
Heykəlin sifarişçisi İsveç Futbol Federasiyasıdır. Hündürlüyü 2.7 metr, çəkisi 500 kq olan bürünc heykəl 37 yaşlı hücumçunun dünyaya gəldiyi Malmö şəhərində ucaldılacaq.
Qeyd edək ki, açılış mərasimi oktyabrın 8-i olacaq.