DÇ-nin finalçısı Bakıda büdrədi

DÇ-nin finalçısı Bakıda büdrədi

Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Yığmamız 6-cı turda "Bakcell Arena"da Xorvatiya millisini qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu komandamızın ilk xalı olub.
E qrupunun digər görüşündə Slovakiya Macarıstanın qonağı olacaq.
Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında uduzmuşdu.
Xatırladaq ki, Azərbaycan Avro-2016-nın seçmə mərhələsində Bakıda Xorvatiyaya qarşı matçda da heç-heçə etmişdi - 0:0.

9 sentyabr
20:00. Azərbaycan - Xorvatiya - 1:1
Qollar: Modriç, 11-pen (0:1), Təmkin Xəlilzadə, 72 (1:1)
Baş hakim: Sandro Şerer
"Bakcell Arena"