Qapıçımız 90 dəqiqə ərzində meydanda mübarizə apardı

Qapıçımız 90 dəqiqə ərzində meydanda mübarizə apardı
 
Qazaxıstanın "Tobol” klubunun saytında bu komandanın qapıçısı Emil Balayevin Azərbaycan yığmasının heyətində debütü barədə məlumat yerləşdirilib.
Yazıda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin dünya birinciliyinin gümüş medalçısı Xorvatiya yığması ilə oyunda əzmkarlıq nümayiş etdirdiyi qeyd olunub. Matçda Emil Balayevin debütü xüsusi vurğulanıb.
Yazıda qeyd olunub: "Qolkiper inamlı oyun nümayiş etdirərək komandasını bir neçə dəfə qoldan xilas etdi. Ancaq Xorvatiya millisi istəyinə 11 metrlik cərimə zərbəsindən sonra nail oldu. Qapıçı 90 dəqiqə ərzində meydanda mübarizə apardı”.
Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena”da keçirilən Azərbayca-Xorvatiya oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.