Paracüdoçular üçün antidopinq mövzusunda maarifləndirici təlim

Paracüdoçular üçün antidopinq mövzusunda maarifləndirici təlim

Azərbaycanın oğlanlardan və qızlardan ibarət cüdo üzrə Paralimpiya yığma komandaları üçün antidopinq mövzusunda maarifləndirici təlim keçirilib. Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) ofisində baş tutan tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təlimlər üzrə meneceri Lalə Hacıyeva idmançıları dopinqlə bağlı maarifləndirib.
İdmançılara dopinq nəzarəti prosesi, məkan məlumatlarının təqdim edilməsi, qadağan edilmiş maddələr və digər məsələlərlə bağlı ətraflı məlumat verilib.
Daha sonra AMADA-nın əməkdaşları AMPK-nın prezidenti İlqar Rəhimov ilə görüşüblər.