“Yarasalar” yeni baş məşqçisini ictimaiyyətə təqdim edib

“Yarasalar” yeni baş məşqçisini ictimaiyyətə təqdim edib

İspaniyanın "Valensiya” futbol klubunun yeni baş məşqçisi Albert Selades olub.
44 yaşlı mütəxəssislə 2021-ci ilin iyul ayınadək müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Marselino Toralı əvəzləyib.
Qeyd edək ki, Albert Selades 2018-ci ildə "Real”da və İspaniya millisində köməkçi məşqçi kimi çalışıb.