Futbolçu komanda yoldaşının saatını oğurlayıb

Futbolçu komanda yoldaşının saatını oğurlayıb

«Nitsa»nın fransalı hücumçusu Lami Diabi öz komanda yoladışı Kasper Dolberqə məxsus qol saatını oğurlanmasında təqsirli bilinir. Artıq futbolçu etdiyi bu hərəkətin öz üzərinə götürüb. Araşdırmalar görə 70 min avro dəyərində olan saat oğurlandığı vaxt, soyunub-geyinmə otağında Diabididən başqa heç kim olmayıb. Alınan məlumatlara görə, Diabi bu hərəkətdən peşman olduğunu və saatı Dolberqə qaytaracağını bildirib. Məlumat üçün bildirək ki, Dolberq bu yay 20 milyon avro dəərində müqaviləyə əsasən «Ayaks»dan «Nitsa»ya transfer olunub.