Velosiped üzrə Tokio-2020 Olimpiadasına daha 20 lisenziya xalı əldə edilib

Velosiped üzrə Tokio-2020 Olimpiadasına daha 20 lisenziya xalı əldə edilib


Velosipedçilər Tokio-2020 Yay Olimpiya Oyunlarına daha 20 lisenziya xalı qazanıblar. Təmsilçilərimiz lisenziya xallarını Türkiyənin Konya şəhərində keçirilən üç mərhələli "Tour of Mevlana” turnirində toplayıblar. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı veloturunun ümumi təsnifatında Samir Cəbrayılov beşinci yeri tutaraq 15 lisenziya xalı əldə edib. Yeddinci pillədə qərarlaşan Elçin Əsədov isə ölkəmizin aktivinə 5 lisenziya xalı yazdırıb. Turnirin ilk üç pilləsində Türkiyə velosipedçiləri, dördüncü yerdə isə Ukrayna təmsilçisi qərarlaşıb.