Lüksemburqda keçirilən cüdo üzrə Avropa açıq kuboku yarışına yekun vurulub. 47 ölkədən 354 (208 oğlan, 146 qız) idmançının iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Komandamız turnirdə 20 (14 oğlan, 6 qız) idmançı ilə mübarizə aparıb. Cüdoçularımız Avropa açıq kubokunu 4 (1 qızıl, 3 bürünc) medalla başa vurublar. Turnirin ilk günündə Aleksandra-Larisa Florian (57 kq) və Rəşad Yelkiyev (60 kq) 3-cü yeri tutublar. Beynəlxalq turnirin son günündə kişilər arasında +100 kq çəki dərəcəsində mübarizə aparan İmran Yusifov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Komandamızın digər üzvü Aslan Mirzəyev (100 kq) Avropa kubokunun bürünc medalına sahib olub.
Açıq Avropa kubokunda 4 medal qazanan cüdoçularımız ümumi komanda hesabında dördüncü yeri tutublar.