Parislilər “aslanlar”ın qabağına silahsız çıxacaqlar

Parislilər “aslanlar”ın qabağına silahsız çıxacaqlar

Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray”ın qonağı olacaq PSJ oyuna ciddi itkilərlə çıxacaq. Klubun rəsmi saytının İstanbul təmsilçsi ilə matç üçün açıqladığı iştirak ərizəsində aparıcı futbolçuların - hücumçular Neymar, Edinson Kavani və yarımmüdafiəçi Yulian Drakslerin adı yoxdur. Neymar və Draksler cəzalı durumda, Kavani isə zədəlidir.
Qeyd edək ki, bu gün keçiriləcək "Qalatasaray” - PSJ matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.