UEFA Çempionlar Liqası: favoritlər turu qələbə ilə başa vurdular

UEFA Çempionlar Liqası: favoritlər turu qələbə ilə başa vurdular

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümündə qrup mərhələsinin ikinci turuna son 8 oyun ilə yekun vurulub. İkinci günün ən dramatik matçı "Nou Kamp” stadionunda qeydə alınıb. İspaniyada "Barselona” İtaliyanın "İnter" komandasını qəbul edib. Görüşdə hesabı italyanlılar açıblar: ilk hücumunu qolla başa vuran Lautaro Martines komandasını hesabda önə çıxarıb - 1:0. Fasilədən sonra da hücumlarını artıran "Barselona” futbolçuları 58-ci dəqiqədə hesabı bərabərləşdirib. Arturo Vidalın ötürməsindən sonra Luis Suares uzaq məsafədən baxımlı qola imza atıb - 1:1. Oyunun başa çatmasına altı dəqiqə qalmış Messinin ideal ötürməsini qola çevirən Luis Suares komandasına vacib qələbə qazandırıb - 2:1.
Beləliklə, "Barselona” cari mövsüm UEFA Çempionlar Liqasında ilk qələbəsini qazanıb. Turnirin son qalibi İngiltərənin "Liverpul" komandası Avstriyanin "Zatlsburq" klubunu qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:3. Qollardan 2-ni Məhəmməd Salah, Sadio Mane və Anryu Robertson vurub. Qonaqlarda isə Hi-Çan Hvanq, Takimu Minamino və Braun Holland fərqləniblər.
Turun ikinci günündə aşağıdakı hesablar qeydə alınıb:

E qrupu

"Genk” (Belçika) – "Napoli” (İtaliya) - 0:0;

"Liverpul” (İngiltərə) – "Zaltsburq” (Avstriya) - 4:3.

F qrupu

"Slaviya” (Praqa, Çexiya) – "Borussiya” (Dortmund, Almaniya) - 0:2;

"Barselona” (İspaniya) – "İnter” (İtaliya) - 2:1.

G qrupu

"Leyptsiq” (Almaniya) – "Lion” (Fransa) - 0:2;

"Zenit” (Rusiya) – "Benfika” (Portuqaliya) - 3:1.

H qrupu

"Lill” (Fransa) – "Çelsi” (İngiltərə) - 1:2;

"Valensiya” (İspaniya) – "Ayaks” (Hollandiya) - 0:3..

Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin üçüncü turu oktyabrın 22-23-də keçiriləcək.