“Zirə” – “Qəbələ” oyununda qalib müəyyənləşmədi

“Zirə” – “Qəbələ” oyununda qalib müəyyənləşmədi


Oktyabrın 6-da Azərbaycan Premyer Liqasında 8-ci turun daha bir oyunu keçirilib.
Bu dəfə "Zirə” komandası eyniadlı stadionda "Qəbələ”ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hər iki qol ikinci hissədə vurulub. Qarşılaşmanın 64-cü dəqiqəsində Ülvi İsgəndərov "Qəbələ”ni hesabda irəli çıxarıb. Bundan cəmi üç dəqiqə sonra İlkin Muradov tarazlığı təmin edib.
Bu nəticədən sonra xallarını 8-ə çatdıran "Zirə” 5-ci pillədə qalıb. "Qəbələ” isə 5 xalla 7-ci pilləyə yüksəlib