“Qarabağ” liderliyini möhkəmləndirib

“Qarabağ” liderliyini möhkəmləndirib


Autbol üzrə Azərbaycan Premyer Liqasında yeddinci turun oyunları keçirilib. Turun açılış görüşündə "Sumqayıt" öz meydanında "Keşlə"ni qəbul edib. "Kapital Bank Arena"da keçirilən qarşılaşma heç-heçə yekunlaşıb - 0:0.
Turun ikinci matçında "Neftçi” komandası "Səbail”i qəbul edib. "Bakcell Arena”da keçirilən görüşdə hesabı meydan sahibləri açıb. Qarşılaşmanın 41-ci dəqiqəsində Stiven Monroz künc zərbəsindən sonra başla fərqlənib. Bundan 3 dəqiqə sonra isə Anton Krivotsyuk eyni ssenari ilə topu qapıdan keçirib. Oyunda son nöqtəni isə 81-ci dəqiqədə Ağabala Ramazanov qoyub - 2:1.
Turun ikinci oyun günündə "Zirə” komandası eyniadlı stadionda "Qəbələ”ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ikinci hissədə vurulub. Qarşılaşmanın 64-cü dəqiqəsində Ülvi İsgəndərov "Qəbələ”ni hesabda irəli çıxarıb. Bundan cəmi üç dəqiqə sonra İlkin Muradov tarazlığı təmin edib.
Turun sonuncu oyununda "Qarabağ” "Sabah”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində ilk qolu Maqaye Qeye 17-ci dəqiqədə vurub. Matçın 51-ci dəqiqəsində isə Abbas Hüseynov topu rəqib qapısından keçirib. Qarşılaşmanın 79-cu dəqiqəsində "Sabah”ın heyətində Bəhlul Mustafazadə qırmızı vərəqə alıb.
Ardıcıl 7-ci qələbəsini qazanan "Qarabağ” 21 xalla liderliyini daha da möhkəmləndirib. Aktivində 11 xal olan "Keşlə” və "Neftçi” komandaları isə müvafiq olaraq, ikinci, üçüncü yerləri bölüşürlər.