Macarıstan komandası millimizlə boş tribunalar önündə oynayacaq

Macarıstan komandası millimizlə boş tribunalar önündə oynayacaq

Futbol üzrə Avropa çempionatının seçmə oyunları çərçivəsində oktyabrın 13-də keçiriləcək Macarıstan və Azərbaycan yığma komandaları arasından matç zamanı Budapeştin "Groupama Arena” stadionunda tribunalar boş olacaq.
Bu barədə UEFA-nın intizam komissiyasında müvafiq qərar qəbul edilib. Qərara görə, macarıstanlı azarkeşlərin Slovakiya yığması ilə bu yaxınlarda keçirilmiş matçda irqçi davranışları səbəbindən Macarıstan yığması cəzalandırılır.