Zidan öz həmyerlisini «Real»da görmək istəyir

Zidan öz həmyerlisini «Real»da görmək istəyir

Madrid «Real»ı qış transfer pəncərəsində heyətinə cəlb etmək istədiyi futbolçular arasında Nqolo Kantenin də adını siyahıya salıb. Komandanın baş məşqçisi Zinəddin Zidan öz həmyerlisini heyətdə görmək istəyir. Bunun üçün «Kral klubu» «Çelsi»yə 70 milyon avro təklif etməyi planlaşdırır.