«Mən yalnız İngiltərədə işləmək istəyirəm»

«Mən yalnız İngiltərədə işləmək istəyirəm»

Hazırda heç bir klubda işləməyən Joze Mourinyo «Lion»dan gələn təklifi qəbul etməyib. «Çelsi», «İnter», «Mançester Yunayted» və «Real»da baş məşqçilik etmiş portuqaliyalı məşqçi fransa klubuna göndərilən təklifə görə minnətdarlıq edib. O, bildirib ki, mən yalnız İngiltərədə işləmək istəyirəm, «Lion»a təşəkkür edirəm ki, məni yaddan çıxarmayıb.