“Chevrolet” “qırmızı şeytanlar”ı yarı yolda qoyacaq

“Chevrolet” “qırmızı şeytanlar”ı yarı yolda qoyacaq

"Chevrolet” şirkəti "Mançester Yunayted”in titul sponsorluğundan imtina edə bilər. "Chevrolet”in rəsmi distributoru olan "General Motors” "qırmızı şeytanlar”la 2021-ci ildə başa çatacaq müqavilənin müddətini uzatmamaq haqda düşünür.
Buna əsas səbəb kimi klubun hazırkı nəticələri göstərilir. Bundan başqa, 2012-ci ildə klubla müqavilə imzalayan "Chevrolet”in direktoru da artıq şirkəti tərk edib. Qeyd edək ki, bu əməkdaşlıqdan "Mançester Yunayted” ümumən 450 milyon funt gəlir götürəcək.