Rio-de-Janeyro-2016 Olimpiya Oyunları Təşkilat Komitəsinin nümayəndələri Rusiyanın Soçi regionundakı vəziyyətlə tanış olublar. Braziliya nümayəndə heyəti Soçi və Rio-de-Janeyro şəhərlərinin enerji sistemində ümumi oxşarlıq olduğunu və bu təcrübədən XXXI Yay Olimpiadasına hazırlıq dövründə yararlanacaqlarını bildiriblər. Rio-dn-Janeyro-2016 Olimpiya obyektlərinin tikintisi şirkətinin prezidenti Marsiu Forteza de Almeyda rusiyalı energetiklərin yüksək peşəkarlığından razı qaldığını deyib. Braziliyadan qonaq gələn işçi qrupu Soçi regionundakı enerji sistemi və enerji təchizatındakı irəliləyişlərdən məmnun qaldıqlarını ifadə ediblər.