Açıq Avropa kubokundan bürünc medal

Açıq Avropa kubokundan bürünc medal

Oktyabrın 12-13-də Estoniyanın paytaxtı Tallinndə cüdo üzrə Avropa açıq kuboku yarışı keçirilib. Beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Aleksandra-Larisa Florian mükafatçılar sırasında yer alıb. Qadınlar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan millimizin rumın legioneri yalnız bir görüşdə, turnirin fransalı çempionu Prişila Gnetoya uduzaraq 3-cü yeri tutub. Florian bürünc medal uğrunda qarşılaşmada Almaniya təmsilçisi Nora Bannenberqə qalib gəlib.
Qeyd edək ki, Tokio Olimpiadasına lisenziya xalları verən Tallinn turnirində 35 ölkədən 292 cüdoçu yarışıb.