Rio-de-Janeyro Olimpiya Oyunlarının proqramında dəyişiklik edilməyəcək

Rio-de-Janeyro Olimpiya Oyunlarının proqramında dəyişiklik edilməyəcək

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının proqramında dəyişiklik edilməyəcəyi barədə qərar çıxarıb. Bu qərarın verilməsi Rio-de-Janeyro-2016 Olimpiya Oyunları Təşkilat Komitəsinin maliyyə çətinlikləri ilə bağlı izah edilir.
Qeyd edək ki, əvvəllər basketbol üzrə "3-3”, velosiped çoxnövçülüyü (trek, BMX-də fristayl və mayntinbayk yarışı), eləcə də triatlonda qarışıq estafet və cüdo üzrə komanda yarışlarının Olimpiya proqramına daxil ediləcəyi gözlənilirdi. Adıçəkilən növlərin gələcəkdə Olimpiada-2020-nin proqramına daxil edilməsi planlaşdırılır.
Beləliklə, Rio-de-Janeyro-2016 Olimpiya Oyunlarında 306 dəst medal uğrunda mübarizə aparılacaq. Bu da, London-2012 Olimpiadasından olduğundan 4 dəfə çoxdur. Medalların sayı qolf və reqbi-7 idman növlərinin hesabına artırılıb.