Velosipedçimiz finişdə

Velosipedçimiz finişdə

Azərbaycan velosipedçisi Elçin Əsədov Malayziyada keçirilən "Tour of Peninsular 2019” yarışının birinci mərhələsinin qalibi olub. Təmsilçimiz 2.1 kateqoriyalı yarışda bütün rəqiblərini qabaqlayıb. Digər velosipedçimiz Samir Cəbrayılov isə yarışı yeddinci pillədə başa vurub.