UEFA klublarımızın ödənişini yerinə yetirdi

UEFA klublarımızın ödənişini yerinə yetirdi

Azərbaycan klublarının 2019-2020-ci il mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı üçün UEFA-nın ayırdığı vəsait AFFA-nın vasitəsilə klubların büdcəsinə köçürülüb. UEFA Çempionlar Liqasında iştiraka görə "Qarabağ”ın hesabına 1 milyon 140 min avro həmrəylik ödənişi daxil edilib. UEFA Avropa Liqasında iştirak üçün "Neftçi”yə 780 min avro, "Qəbələ”yə 260 min avro, "Səbail”ə isə 240 min avro həmrəylik ödənişi verilib.