Soçi-2014 Qış Olimpiya Oyunlarının açılış mərasimi üçün müəyyən edilən biletin qiyməti məlum olub. Olimpiadanın açılış mərasimini izləmək istəyənlər 6 min rubl, yəni 200 ABŞ dolları pul xərcləməli olacaqlar. Bu barədə XXII Qış Olimpiya Oyunları Təşkilat Komitəsinin (SOCOG) rəhbəri Dmitrii Çernışenko məlumat verib.
Təşkilat Komitəsinin rəhbəri bildirib ki, olimpiadaya ən ucuz biletin qiyməti 500 rubl təşkil edir. İstənilən idman yarışını izləmək üçün isə tamaşaçılar 1500 rubldan keçməli olacaqlar. Dmitri Çernışenko biletlərin 42 faizinin 3 min rubldan aşağı qiymətə satıldığını da bildirib.
Qeyd edək ki, Soçi Qış Olimpiya Oyunları 2014-cü il fevralın 7-dən 23-nə qədər davam edəcək.