Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə açıq Bakı çempionatına start verilib. İki gün davam edəcək yarışın birinci günündə qadınlar arasında 48, 57, 70, kişilərin mübarizəsində isə 60, 73 və 90 kiloqram çəki dərəcələrində cüdoçular medallar uğrunda mübarizə aparırlar.