Rusiyanın Sosnovıy Bor şəhərində cüdo üzrə ənənəvi beynəlxalq turnir keçirilib. 27-ci dəfə təşkil olunan yarışda Almaniya, Rusiya, Yunanıstan, Gürcüstan, Belarus cüdoçuları ilə yanaşı, Azərbaycanın yeniyetmələrdən ibarət komandası da mübarizə aparıb. Məşqçi Zaur Babayevin başçılığı altında yarışan idmançılarımız komanda yarışında Gürcüstan, Moskva, Leninqrad vilayətinin komandalarını məğlub edərək finala çıxıblar. Həlledici görüşdə Krasnodar komandasına uduzan cüdoçularımız beynəlxalq turnirin gümüş medalı ilə kifayətləniblər.
Turnirin fərdi yarışlarında cüdoçularımız Aydın Rzayev (60 kq) qızıl, Emin Həsənov (46 kq) gümüş və Süleyman Əliyev (66 kq) isə bürünc medal qazanıblar.