“Masters” turniri start götürdü

“Masters” turniri start götürdü


Bu gün Çinin Tsindao şəhərində cüdo üzrə "Masters” turnirinə start verilib. 67 ölkədən 446 (228 oğlan, 218 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayırlar. Komandamız yarışda 11 (8 oğlan, 3 qız) idmançı ilə təmsil olunur. Artıq təmsilçilərimizin ilk görüşdə qarşılaşacağı rəqiblər müəyyənləşib. Orxan Səfərov Georgi Zantaraya (Ukrayna), Nicat Şıxəlizadə (hər ikisi 66 kq) Boqdan Yadov (Ukrayna)- Dianbin Ma (Çin) cütünün qalibi, Rüstəm Orucov Xikmatilox Turayev (Özbəkistan)- Guillaume Çaine (Fransa) cütünün qalibi, Hidayət Heydərov (hər ikisi 73 kq) Daga Qıng (Çin), Məmmədəli Mehdiyev (90 kq) Aleksandr Kukolj (Serbiya), Elmar Qasımov (100 kq) Petr Palçik (İsrail), Zelim Kotsoyev (hər ikisi 100 kq) Arman Adamyan (Rusiya), Uşangi Kokauri (100 kq-dan yuxarı) Ruslan Şahbazovla (Rusiya) mübarizə aparacaqlar.
Qadın cüdoçularımız Leyla Əliyeva Çen-Xao Liin (Tayvan), Aişə Qurbanlı (hər ikisi 48 kq) Melani Klemen (Fransa), İrina Kindzerska (78 kq-dan yuxarı) Anna-Fatumata Mbairo (Fransa) ilə qarşılaşacaqlar.
Turnirə dekabrın 14-də yekun vurulacaq.