Şahmatçılarımız Dünya kuboku yarışlarında iştirak edəcəklər

Şahmatçılarımız Dünya kuboku yarışlarında iştirak edəcəklər

Avqustun 11-də Norveçin Tromse şəhərində şahmat üzrə Dünya kuboku yarışları keçiriləcək.
İki ildən bir keçirilən Dünya kubokunda 128 şahmatçı iştirak edəcək. Turnirdə Azərbaycanı dörd şahmatçı - Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vasif Durarbəyli və Eltac Səfərli təmsil edəcəklər.
Artıq təmsilçilərimizin rəqibləri müəyyənləşib. Belə ki, Teymur Rəcəbov Jey Cori (Peru) ilə, Şəhriyar Məmmədyarov Sami Şokerlə (Misir), Vasif Durarbəyli Anton Korobovla (Ukrayna), Eltac Səfərli isə Bassem Aminlə (Misir) qarşılaşacaq.