Soçidə Olimpiya həlqələri quraşdırılıb

Soçidə Olimpiya həlqələri quraşdırılıb

Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarına bir il vaxt qalır. Bu münasibətlə olimpiadanın paytaxtında xüsusi bayram tədbiri hazırlanır. Bu tədbirlərdən biri də Soçidə 5 rəngli Olimpiya həlqələrinin quraşdırılmasıdır. Qeyd edək ki, həlqələrin uzunluğu 19, hündürlüyü 9, diametri isə 6 metrdir. Maraqlıdır ki, bu həlqələr ölçülərinə görə XXX Yay Olimpiya Oyunlarının paytaxtı olan Londonun aeroportunda quraşdırılan Olimpiya həlqələrindən çox böyükdür. Bu həlqələri gecələr güclü projektorlarla işıqlandırılır.