Universiadanı 3 milyard tamaşaçı izləyib

Universiadanı 3 milyard tamaşaçı izləyib


Rusiyanın idman naziri Vitali Mutko Kazan şəhərində keçirilən Tələbələrin Ümumdünya XXVII Yay Universiadasına olan tamaşaçı marağından razı qaldığını bildirib. O deyib: "Göstəricilərə görə, bugünə kimi universiadanı dünyanın 115 ölkəsindən 3 milyarda yaxın tamaşaçı kütləsi izləyib”.
Ölkənin idman naziri universiadanın bu cür davam edəcəyinə əminliyini bildirib: "Bilirsiniz ki, dağ xizəyi idmanı növündə son döngə ən çətin hesab olunur. Yarışların sona çatmasına lap az qalıb. İnanıram ki, ev sahibi kimi yarışları uğurla başa çatdıracağıq”.