“Real Madrid” finalda

“Real Madrid” finalda

İspaniya superkubokunda ilk yarım final qarşılaşması keçirilib. Finala vəsiqə uğrunda görüşdə “Real Madrid” və “Valensiya” klubları üz-üzə gəlib. Qarşılaşma Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunub. Oyun boyu “Kral klubu” rəqibinin torunu üç dəfə silkələyib.  “Yarasalar”ın gücü əlavə vaxtda vurulan təsəlli qolun çatıb. On bir metirlik cərimə zərbəsini yerinə yetirən Parexo hədəfdən yayınmayıb. Matç “Qalaktikos”un – 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, növbəti finalçının adı bu gün keçiriləcək “Barselona” və “Atletiko” matçından sonra müyyənləşəcək.

“Valensiya” – “Real Madrid”

Qollar: Kros, 15 (0:1), İsko, 39 (0:2), Modriç, 66 (0:3), Parexo 90+2 (1:3).