Azərbaycan cüdoçusu Elnur Abbasov Niderlandın Utrext şəhərində keçirilən Avropa Yeniyetmələrinin Olimpiya Festivalında qızıl medal qazanıb.
Cüdoçumuz yarışların birinci günü 50 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elnur finalda belçikalı idmançı Yorre Vestratenə qalib gəlib.
Azərbaycan yığmasının digər üzvü İlkin Babazadə (55 kq) mükafatçılar sırasına düşməyə yaxın olsa da, şansını əldən verib. İdmançımız üçüncü yer uğrunda görüşdə İtaliya təmsilçisi Elios Mantsiyə uduzub.