“Parma” evdə uduzmadı

“Parma” evdə uduzmadı

 

İtaliya  A seriyasında 19-cu tura yekun vurulub. Turun son günündə bir matç keçirilib. “Parma” doğma azarkeşləri qarşısında “Leççe”ni qəbul edib. Meydan sahibləri rəqibinin qapısından iki cavabsız top keçirib. Qeyd edək ki, Bu matçdan sonra 15 xal toplayan komanda 17-ci pillədə qərarlaşıb. “Parma” isə 28 xalla 7-cidir.

“Parma” – “Leççe” – 2:0

Qollar: İakaponi, 57, Kornelius, 72.