“Qarabağ”ın qapıçısı  “Milan”da

“Qarabağ”ın qapıçısı  “Milan”da

“Qarabağ”ın qapıçısı Asmir Beqoviçin “Milan”a keçidi rəsmiləşib. Mövsümün ilk yarısında ağdamlıların çərçivəsini qoruyan ikinci bosniyalı yarını icarə əsasında İtaliya nəhəngində keçirəcək. Yanvarın 16-da “Milan” Beqoviç üçün təqdimat mərasimi və mətbuat konfransı təşkil edəcək. Qeyd edək ki, 32 yaşlı qapıçı keçirdiyi 17 oyunda 16 qol buraxıb.