Şahmat üzrə hazırkı dünya çempionu norveçli Maqnus Karlsen məğlubiyyətsiz oyunlar seriyasına görə yeni rekorda imza atıb. Niderlandın Veyk-an-Zee şəhərində keçirilən və şahmatçımız Rauf Məmmədovun da qatıldığı “Tata Steel Chess 2020” turnirində yerli idmançı Yorden van Forest ilə heç-heçəyə imza atıb. Bununla da dünya çempionu ardıcıl məğlubiyyətsiz oyunların sayını 111-ə çatdırıb. Bundan əvvəlki rekord rusiyalı şahmatçı Sergey Tivyakova məxsus idi. O, 2005-ci ildə ardıcıl 110 oyunda məğlub olmayıb.
Qeyd edək ki, Rauf Məmmədov “Tata Steel Chess 2020” turnirin B qrupunda uğurla çıxış edir. O, dörd turun nəticəsinə görə 2,5 xalla 2-5-ci yerləri bölüşür.
Yanvarın 15-i turnirin iştirakçıları üçün istirahət günüdür. Yanvarın 16-da beşinci turun oyunları keçiriləcək.
Dünya çempionundan yeni rekord