İspaniyanın Fuenxirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku yarışı başa çatıb.
Beynəlxalq turnirin ikinci günündə millimiz hesabına daha üç medal yazdırıb. Belə ki, oğlanların mübarizəsində Nahid İsmayılov (73 kq) bütün rəqiblərini məğlub edərək Avropa kubokunun turnirinin qızıl medalını qazanıb. Komandamızın digər üzvü Əlirza Şıxəlizadə (81 kq) yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub. Qızların yarışında isə Aytac Qardaşxanlı (57 kq) bürünc medala layiq görülüb.
Beləliklə, Azərbaycan cüdoçuları turnirdə, ümumilikdə 2 qızıl, 4 gümüş və 3 bürünc medala sahib olublar. Millimiz oğlanlar arasında medalların əyarına görə 1-ci yeri, ümumu komanda hesabında isə 2-ci yeri tutub.
Qeyd edək ki, İspaniyada 23 ölkədən 500 cüdoçu mübarizə aparıb.
Yeniyetmə cüdoçularımız İspaniyadan 9 medalla qayıdır