Respublika Şahmat Mərkəzində şahmatın rapid növü üzrə turnir keçirilib. 7 turdan 5,5 xal toplayan Fərid Zeynalov turnirin qalibi olub. Onunla eyni xala malik olan Babək Cəfərli ikinci, 4,5 xal toplayan Fərid Mustafayev isə üçüncü yeri tutublar. İsveçrə sistemi üzrə keçirilən yarışda 13 şahmatçı iştirak edib.