“Trabzonspor” kubokda qələbə qazandı

“Trabzonspor” kubokda qələbə qazandı

Türkiyə kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir. “Trabzonspor” doğma azarkeşləri önündə “Fənərbağça”nı qəbul edib. Qarşılıqlı hücumlarla keçən görüşün birinci hissəsində qol olmayıb. Fasildən sonra Şörlot qonaqların qapısına yol tapıb. Məğlub durumda olan İstanbul təmsilçisi hücuma atılıb. Müdafiyədəki boşluqlardan
istifadə edən meydan sahibləri 66-cı dəqiqədə Novakla rəqibi cəzalandırıb. “Fənər”in gücü yalnız təsəlli qoluna çatıb. Muriqi 82-ci dəqiqədə “sarı lacivətliləri” ümidləndirib.

“Trabzonspor” – “Fənərbaxça” – 2:1.

Qollar: Şörlot 46, Novak 66; Muriqi 82.