PSJ-dən darmadağın

PSJ-dən darmadağın

Fransa kubokunda yarımfinal mərhələsinin oynlarına start verilib. PSJ səfərdə “Lion”un qonağı olub. Görüşdə ilk qol meydan sahiblərindən gəlib. Martin Terrier 11-ci dəqiqədə parisliləri məyus edib. Bu qoldan cəmi üç dəqiqə sonra Mbappe qonaqları ümidləndirib. Birinci hissədə başqa qol olmayıb. Fasilədən sonra meydan sahibləri azlıqda qalıb. Femando Markal 61-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb. Azlıqda qalan rəqibi Mbappe, Neymar, Sarabia üçlüyü darmadağın edib.

“Lion” – PSJ 1:5

Qollar: Martin Terrier 11; Mbappe 14, 70, 90, Neymar 64, Sarabia 81